Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Aprel 2020 17:08
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) bu il aprelin 1-nə "Azəri-Çıraq-Günəşli" (AÇQ) yatağı və Şahdəniz üzrə gəlirləri açıqlayıb.
Sonxeber.net bildirir ki, fonddan Trend-ə verilən məlumata görə, AÇG yatağı üzrə əldə olunan ümumi gəlirlər 1 671 milyon dollar təşkil edib.
O cümlədən, bu ilin yanvarın 1-dən aprelin 1-nə qədər Şahdəniz yatağı üzrə kondensatın satışından əldə olunan gəlirlər 100 milyon dollar təşkil edib.
Şahdəniz yatağı üzrə 2007-ci ildən bu ilin martına qədər qazın satışından əldə olunan ümumi gəlirlər 2 834 milyon dollar olub.