Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Aprel 2020 16:54
İspaniyanın "Valensiya" klubunda koronavirusa yoluxan 10 futbolçu və texniki heyətin 15 üzvünün durumu yaxşılaşıb.
Sonxeber.net "Marca"ya istinadən xəbər verir ki, 14 gün karantində qalan 25 şəxsin son COVID-19 testləri mənfi çıxıb.
Qeyd edək ki, 2 həftə öncə "yarasalar" komandanın 35 faizinin koronavirusa yoluxduğunu açıqlamışdı.