Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Belçika çempionatı ləğv olunur

Belçika çempionatı ləğv olunur

Tarix: 2 Aprel 2020 17:28

Koronavirus pandemiyasına görə 29-cu turda dayandırılan Belçika çempionatı davam etdirilməyə bilər.

Qol.az xəbər verir ki, bu barədə Belçika mətbuatı məlumat yayıb. Yüksək liqada mövsümün ləğv olunacağı bildirilib.

70 xalla lider olan "Brügge"nin çempion elan edildiyi, ikinci pillədəki "Gent"in Çempionlar Liqasına vəsiqəni təmin etdiyi qeyd olunub.

Üçüncü yerdə olan "Şarlerua"nın Avropa Liqasının qrupunda, "Antverpen" və "Standard"ın isə təsnifat mərhələsində iştirak edəcəyi bildirilir.

 


Etiketlər:  Belçika çempionatı ləğv olunur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ