Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Xiaomi-dən iki yeni elektrikli motosikl modeli – QİYMƏTLƏR

Xiaomi-dən iki yeni elektrikli motosikl modeli – QİYMƏTLƏR

Tarix: 2 Aprel 2020 22:48

Xiaomi Youpin platformasında iki yeni elektrikli motosikl modelini təqdim edib.

Milli.Az ted.az-a istinadən bildirir ki, Çinin 70mai şirkəti tərəfindın istehsal edilən A1 və A1 Pro motosiklləri hədsiz yığcam görüntüsü ilə seçilir.

Hər iki modelin çəkisi cəmi 52kq-dır. Rəsmi şəkildə açıqlanmasa da 750W-dan az gücə sahib olduğu düşünülən motosikllərdən A1 Pro-nun birdəfəyə təxminən 70 km, A1-in isə təxminən 60 km məsafə qət edilə biləcəyi deyilir.

Hər iki modelin üç fərqli rəngi var. A1 Pro-da rəngli sensor ekran da var. GPS texnologiyasına sahib modellərin sürəti 25 km/s-dır. Motosikllər yolu qeyd etmək üçün nəzərdə tutulan 1080P keyfiyyətli kamera ilə də təhiz olunublar.

Məlumat üçün bildirək ki, A1 523 dollardan, A1 Pro isə 655 başlayan qiymətlə alıcılara təqdim ediləcək. Hər iki model hələlik yalnız Çin bazarı üçün nəzərdə tutulub.

Milli.Az


Etiketlər:  Xiaomi dən iki yeni elektrikli motosikl modeli QİYMƏTLƏR


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ