Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha da gücləndirilib - FOTO

Karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha da gücləndirilib - FOTO

Tarix: 3 Aprel 2020 10:10

Cəlilabadda rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri şəxsən karantin qaydalarına riayət olunmasına baxış keçirirlər

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a verilən məlumata görə, Cəlilabadda xüsusi karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha da gücləndirilib.

Bu istiqamətdə həyata keçirilən işlərin səmərəliliyini artırmaq və yeni növ koronavirus infeksiyasına qarşı mübarizəni daha da kəsərli aparmaq üçün polis əməkdaşları ilə yanaşı rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri də şəxsən sakinlərlə maarifləndirici söhbətlərdə iştirak edir, tapşırıq və tövsiyələrini verirlər.

Belə ki, Cəlilabad rayonunda əhalinin sıx məskunlaşdığı, ticarət obyektlərinin daha çox olduğu ərazilərdə sakinlərin maarifləndirilməsi işi daha da gücləndirilib.

Hər bir vətəndaşa xüsusi karantin günlərində evdən çölə çıxmağın onların və yaxınlarının sağlamlığı baxımından təhlükəli olduğu izah edilir. Eyni zamanda hazırda fəaliyyətini davam etdirən obyektlərdə gigiyena qaydalarının gözlənilməsinin və virus infeksiyasının yayılmasına qarşı görülməli olan tədbirlərin vacibliyi diqqətə çatdırılır.

Sakinlər də öz növbəsində onların sağlamlığını diqqətdə saxlayan polis əməkdaşlarına və rayonun hüquq-mühafizə orqanlarının rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Milli.Az


Etiketlər:  Karantin rejiminə nəzarətlə bağlı görülən tədbirlər daha gücləndirilib FOTO


RƏYLƏR