Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Aprel 2020 12:22
Bakı. Trend:
Tibbi maskalar xəstəlikdən müdafiəni təmin etmir və sağlam insanların maska taxması tələb olunmur.
Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi nümayəndəsi Tarik Yazareviç deyib.
O bildirib ki, ÜST-ün bu məsələdə mövqeyi dəyişməyib:
"Kimdə xəstəlik simptomları varsa, ətrafdakı şəxslərin müdafiəsi üçün maska taxmalıdır. Bundan başqa, xəstələrə qulluq edən şəxslər maska taxmalıdır".
ÜST nümayəndəsi əlavə edib ki, maska özü-özlüyündə koronavirusdan yoluxmadan xilas edə bilməz, bunun üçün digər müdafiə tədbirləri də zəruridir.