Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Liverpul''un əfsanələrindən biri olmaq istəyirəm''

''Liverpul''un əfsanələrindən biri olmaq istəyirəm''

Tarix: 6 Aprel 2020 16:14

"Liverpul"un müdafiəçisi Vircil van Deyk "Diario Sport"a müsahibə verib.

Sonxeber.net fanat.az-a istinadən xəbər verir ki, hollandiyalı futbolçu adını "Liverpul"un tarixinə yazdırmaq niyyətində olduğunu bildirib:

"Liverpul"un əfsanələrindən biri olmaq istəyirəm. Burada inanılmaz uğurlara imza atmaq niyyətindəyəm. Əla komandamız var. Bundan daha artığına ehtiyacımız yoxdu. Titullar uğrunda mübarizə aparmaq üçün hər şeyə sahibik.

Məşqçimiz, universal sxem, bizə qələbə qazandıran oyun tərzimiz, stadion və azarkeş amili... - klub inanılmazdı. Karyeramı bitirdikdən sonra "Enfild"ə qayıdan oyunçulardan olmaq istəyirəm. Klub əfsanələri ilə görüşəndə özümü böyük bir ailənin üzvü kimi hiss edirəm və əhvalım yüksəlir".


Etiketlər:  Liverpulun əfsanələrindən biri olmaq istəyirəm


RƏYLƏR