Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Aprel 2020 17:28
Almaniya Bundesliqasının daha bir klubu koronavirus pandemiyası ilə əlaqədar yaranan fasilədən sonra məşqləri bərpa edib.
Qol.az xəbər verir ki, “Bavariya"nın futbolçuları klubun bazasında bir araya gəliblər.
Münhen təmsilçisinin üzvləri 3-4 nəfərlik qruplar şəklində məşq keçib. Oyunçular təmrinləri yerinə yetirərkən bir-biri ilə ara məsafəsi saxlayıblar.
Qeyd edək ki, daha öncə “Şalke” meydançada məşqlərə başlamışdı.