Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 13:21
Almaniyada yaşayan Xalq rəssamı Əşrəf Abbasov dünyada hökm sürən koronavirus infeksiyasını əks etdirən əsər ərsəyə gətirib.
Sonxeber.net xəbər verir ki, Xalq rəssamı Trend-ə açıqlamasından əsəri bu gün dünyanı ağuşuna alan virusa, faciəvi hadisələrə həsr etdiyini qeyd edib:
"Artıq aydın məsələdir ki, bu virus Çindən, hərbi laboratoriyaların birindən gəlib. Orada yarasalar üzərində bioloji sınaqlar keçirirdilər".
Ə.Abbasov qeyd edib ki, o, sözügedən əsərdə yarasanı ölüm rəmzi, planetar miqyasda faciə rəmzi kimi təsvir edib:
"Bütün dünya qoruyucu maskalar taxır. Mən də sırf rənglərin dilində, alleqoriya dilində dünyanın müdafiəsi rəmzi olaraq Yer kürəsinə maska taxmışam. Məni Azərbaycanın milli rəssamı kimi tanıyırlar. Amma bu əsərlə mən göstərirəm ki, ümumdünyəvi problemə qarşı biganə qalmamışam, bu, məni narahat edir. Bir daha çağırış edirəm ki, maska taxın, özünüzü qoruyun, evdə qalın. Gec və ya tez bu keçəcək".
Trend sözügedən rəsm əsərini təqdim edir: