Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda epidemiya qurbanlarının sayı artıb

İranda epidemiya qurbanlarının sayı artıb

Tarix: 7 Aprel 2020 13:44

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən 24 saat ərzində yeni koronavirus (COVID19) epidemiyası səbəbi ilə 133 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

K.Cahanpurun sözlərinə görə, ümumilikdə İranda bu virusdan ölənlərin sayı 3 872 nəfərə yüksəlib.

Nazirlik rəsmisi ötən sutka ərzində 2 089 nəfərin bu virusa yoluxduğunu, ümumilikdə İranda bu virusa yoluxanların sayının 62 589 nəfərə çatdığını təsdiqləyib.

Cahanpur deyib ki, 3 987 nəfərin vəziyyəti ağır və kirtikdir.

Onun sözlərinə görə, indiyədək 27 039 nəfər sağalaraq evə buraxılıb.

İndiyədək İranda koronavirusun diaqnozu ilə əlaqədar 211 mindən çox test aparılıb.


Etiketlər:  İranda epidemiya qurbanlarının sayı artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ