Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Penaltilər üzrə rekordçu - Cavid Hüseynov

Penaltilər üzrə rekordçu - Cavid Hüseynov

Tarix: 7 Aprel 2020 15:08

“Qəbələ” indiyədək keçirdiyi oyunlarda 78 penalti zərbəsi yerinə yetirib.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Azərbaycan çempionatının Premyer Liqa və 1-ci dəstəsində, həmçinin ölkə kuboku və Avropa Liqasında oynamış “qırmızı-qaralar” bu turnirlərdəki 546 matçda 61 dəfə 11 metrlik nöqtədən qol vurub.

“Qəbələ”nin penaltilər üzrə rekordçusu Cavid Hüseynovdur. O, 13 dəfə 11 metrlik nöqtədən qapını nişan alıb. Bunlardan 12-si dəqiq olub. 8 belə imkan əldə edən Kənan Kərimovla 5 penalti yerinə yetirən Leonardo da Silva hərəyə bir dəfə imkandan yararlanmayıb.

Bu ilin qışında “qırmızı-qaralar”a qoşulan Nikolas Raysel isə artıq iki dəfə penaltidən fərqlənib.

 


Etiketlər:  Penaltilər üzrə rekordçu Cavid Hüseynov


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ