Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Aprel 2020 17:24
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) törəmə şirkəti "SOCAR Petroleum" Rumıniyada "Aral M.T.B." şirkətinə məxsus 6 yanacaqdoldurma məntəqəsinin icarə hüququnu əldə edib.
Sonxeber.net Trend-ə istinadən xəbər verir ki, Rumıniyanın Rəqabət Şurası icarə sazişini təsdiqləyib.
Qeyd olunur ki, Arad, Timiş və Sibiu bölgələrində yerləşən 6 yanacaqdoldurma məntəqəsi icarə müqaviləsi əsasında SOCAR tərəfindən istismar ediləcək:
"Aparılan təhlildən sonra məlum olub ki, bu saziş Rumıniya bazarında səmərəli rəqabət üçün maneə yaratmır".
Qeyd edək ki, SOCAR hazırda Rumıniyanın 42 regionundan 21-də, o cümlədən Buxarestdə 44 yanacaqdoldurma məntəqəsinə malikdir.