Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Dünyanın ən varlı insanları 2 aya 408 milyard dollar itirib

Dünyanın ən varlı insanları 2 aya 408 milyard dollar itirib

Tarix: 7 Aprel 2020 19:28

Koronavirus pandemiyası səbəbindən iki ay ərzində dünyanın 100 ən varlı milyarderinin sərvəti 408 milyard dollardan çox azalıb.

Sonxeber.net "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə "Hurun" analitik araşdırma mərkəzi məlumat yayıb.

Mərkəzin rəhbəri Rupert Huqverfin sözlərinə görə, şirkətlər son 2,5 ildə əldə etdikəri bütün artımı pandemiya səbəbindən 2 ayda itiriblər. O bildirib ki, itkilərin ümumi ortalaması 12,5% təşkil edir, bu isə günlük 75 milyon dollar deməkdir.

Ən çox ziyana uğrayan şəxs isə "LVMH Moet Hennessy Louis Vuitton" korporasiyasının səhmlərinin 47 faizinə sahib olan fransız milyarder Bernar Arno olub. Onun 30 milyard dollardan çox ziyana uğradığı qeyd olunub.

Bundan əlavə mərkəzin yanvar ayına olan hesabatına görə, dünyada 2,816 dollar milyarderi var idi. Aprel ayının əvvəlinə olan hesabatda isə onların sayı 20% -dən çox azalaraq 2,153-ə enib.


Etiketlər:  Dünyanın varlı insanları milyard dollar itirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ