Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib

Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib

Tarix: 8 Aprel 2020 06:12

Bakı. Trend:

Növbəti həftə ABŞ üçün ağır olacaq, lakin koronavirusun yayılmasına dair vəziyyət tədricən yaxşılaşmağa başalayacaq.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bunu ABŞ prezidenti Donald Tramp Ağ Evdə keçirilən brifinq zamanı deyib.

D.Tramp bildirib: "Növbəti həftə ərzində - və mən ümid edirəm ki, bu, daha çox zaman almayacaq, - vəziyyət əks istiqamətdə inkişaf etməyə başlayacaq. Bu həftə çox ağır olacaq. Həmçinin növbəti həftə, ən azı növbəti həftənin bir hissəsi - yəqin ki, bütün həftə ağır olacaq. Bilirsiniz, əgər bir insan ölürsə, bu artıq ağrılı həftədir".

Qeyd edək ki, Con Hokins Universitetinin məlumatına əsasən, ABŞ-da yeni növ koronavirusa 386 mindən artıq insan yoluxub, 12 mindən artıq isə vəfat edib.


Etiketlər:  Tramp növbəti həftənin ABŞ üçün ağır olacağını bildirib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ