Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Aprel 2020 09:12
Koronavirusdan qalib gələn Fatih Terim son durumundan danışıb.
Sonxeber.net sportal.az-a istinadən xəbər verir ki, 66 yaşlı mütəxəssis bundan sonra karantin qaydalarına riayət edəcəyini deyib:
"Çox şükür, son testim mənfi oldu. Hər kəsdən xahiş edirəm, virusla mübarizədə bir an diqqətdən yayınmayın. Mənə virusun kimdən keçdiyini bilmirəm. Ancaq kimisə virusa yoluxdurmamışam. Çox diqqətli davrandım. Bundan sonra da karantin qaydalarına riayət etməyə davam edəcəyəm".
Fatih Terimin COVID-19 testi martın 23-ü müsbət çıxmışdı. Təcrübəli çalışdırıcı aprelin 6-da infeksiyaya qalib gəlib.