Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 31 May 2019 00:20
Türkiyə millisi Avro-2020-nin seçmə mərhələsi öncəsi yoxlama oyunu keçirib.
Qol.az-ın məlumatına görə, Şenol Günəşin komandası Antalyada Yunanıstan yığması ilə qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.
Türkiyə - Yunanıstan - 2:1
Qollar: Cengiz Ünder, 11 (1:0), Kenan Karaman, 17 (2:0), Kourbelis, 90+3 (2:1)
Türkiyə növbəti yoxlama görüşündə iyunun 2-i Özbəkistanla qarşılaşacaq.
Qeyd edək ki, komanda Avro-2020-nin seçmə mərhələsində iyunun 8-i Fransanı qəbul edəcək, 3 gün sonra isə səfərdə İslandiya ilə üz-üzə gələcək.