Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Ölənlərin hamısı kişi xəstələridir” - Spirtlə dezinfeksiya edənlər - VİDEO - FOTO

“Ölənlərin hamısı kişi xəstələridir” - Spirtlə dezinfeksiya edənlər - VİDEO - FOTO

Tarix: 8 Aprel 2020 16:48

Koronavirus pandemiyası ölkədə yayıldığı bir vaxtdan spirtə olan tələbat dəfələrlə artıb. Təəssüflər olsun ki, bəzi insanlar bundan təkcə əlləri dezinfeksiya etmək üçun yox, daxilə qəbul etmək üçun də istifadə edir və bu yolla virusdan uzaq qalacaqlarını düşünürlər.

Sonxeber.net bildirir ki, ARB TV-nin efirində yayımlanan "Günə doğru" verilişində məsələ ilə bağlı süjet yayımlanıb.

Sakin: "Maska tapa bilməyənlər qorunmaq üçün gedib spirt alıb içirlər. Çünki eşidirlər ki, spirt virusu məhv edir, gedir açıq satışdır deyə hər yerdən alıb içir. Deyirlər ki, içirik ki, içərini dezinfeksiya etsin".

Bunu düzgun hesab etməyənlər, alkoqola meylli insanların ortaya atdığı fikir olduğunu deyənlər də var.

Sakin: "Əlcək taxsınlar, əllərini dezinfeksiya etsinlər, evdən də çölə çıxmasınlar, başqa qorunmaq yolu yoxdur bunun".

Amma bu günlərdə spirtli ickiyə tələbatın artmasını marketlər də təsdiqləyir. Xüsusən orta nəsil arağı xəstəliklərə ən yaxşı müdafiə üsulu hesab edir.

Satıcı: "Arağın satışı əvvəlki zamanlara nisbətən artıb. Alıcıları isə daha çox orta yaş nəslinin nümayəndələridir".

Həttə iş o yerə çatib ki, araq və digər spirtli içkərdən əlavə tibbi spirtin üzərinə su əlavə edərək onu içənlər var. Bu da insanların zəhərlənməsinə və daha ağır fəsadlara səbəb olur.

Bu aralar insanların ən çox istifadə etdiyi spirt ancaq mikrobu öldürə bilər. Bunun üçün spirt götürərək mikroorqanizmin üzərinə tökmək lazımdır. Ancaq spirti virusu öldürmək üçün daxilə qəbul etmək tamamilə yalnış fikirdir.

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi apteklərdə satışda olan dezinfeksiyaedici etanol tərkibli məhluldan - tibbi etil spirtindən istifadə qaydaları haqqında vətəndaşlara müraciət edib. Müraciətdə qeyd edilib ki, tibbi etil spirtinin yalnız dezinfeksiya məqsədilə istifadəsi tövsiyə olunur. Lakin xəbərdarlıqlara baxmaraq ölkədə bundan zəhərlənmələr və ölüm halları baş verir.

Azər Maqsudov - Həkim: "Ölənlərin hamısı kişi xəstələridir. Yaşları da çox cavandır. Hardasa, 35-37 yaşa qədərdir. Spirtli içkini daxilə qəbul etmək qadağandır, çünki pis nəticə verir, hətta ölümlə belə nəticələnir".

Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən verilən məlumata görə, martın 21-dən indiyə qədər metil spirtindən zəhərlənən 13 nəfərdən 8-i dünyasını dəyişib dəyişib.


Etiketlər:  Ölənlərin hamısı kişi xəstələridir Spirtlə dezinfeksiya edənlər VİDEO FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ