Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

TƏBİB sədri qan donorlarına müraciət edib

TƏBİB sədri qan donorlarına müraciət edib

Tarix: 8 Aprel 2020 18:06

Bu gün qan ehtiyatımız var, amma donorların sayında azalma olduğu üçün bu vəziyyətdən narahatıq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında qərargahın üzvü, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Ramin Bayramlı deyib.

TƏBİB sədri qeyd edib ki, artıq bununla bağlı maarifləndirici məlumatlar hazırlayıblar:

"Müxtəlif dövlət qurumları ilə birgə fəaliyyət göstəririk ki, bu məsələdə axsama olmasın. Mən donorlara müraciət edərək bildirmək istəyirəm ki, humanist missiyalarını davam etdirsinlər. Donorların təhlükəsizliyi üçün bütün şərait yaradılıb, onlar hər hansı infeksiya təhlükəsi ilə qarşılaşmayacaqlar. Qan vermək onların xəstəliyə yoluxması üçün risk yaratmayacaq".


Etiketlər:  TƏBİB sədri donorlarına müraciət edib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ