Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 9 Aprel 2020 00:28
Bakı. Trend:
Fransada yeni növ koronavirusdan (COVİD-19) ölənlərin sayı 10,8 mini ötüb, 7 mindən çox insan intensiv terapiya və ya reanimasiya şöbələrindədir.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin Səhiyyə İdarəsinin baş direktoru Jerom Salomon deyib.
J.Salomon bildirib: "Martın 1-dən koronavirusa yoluxanlar arasında 7 632 ölüm halı qeydə alınıb. Onların 82 faizi 70 yaşdan yuxarıdır".
Ümumilikdə əlkədə koronavirusdan ölənlərin sayı son sutka ərzində 541 nəfər yüksələrək 20 869-a yüksəlib.
Epidemiya başlayandan 60 min insan xəstəxanaya yerləşdirilib, 30.375 nəfər hazırda xəstəxanalarda qalır, onlardan 7 148 nəfərin vəziyyəti ağırdır.