Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm'' - Lənkəran sakini Nurlan İbadov

''Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm'' - Lənkəran sakini Nurlan İbadov

Tarix: 10 Aprel 2020 10:06

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm.

Trend Prezidentin saytına istinadla xəbər verir ki, bu barədə koronavirus pandemiyasının Azərbaycanda geniş yayılmasının qarşısının alınması istiqamətində atdığı qətiyyətli addımlara, xalqımıza göstərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyevə Lənkəran şəhər sakini Nurlan İbadovun ünvanladığı minnətdarlıq məktubunda deyilir.

Nurlan İbadov yazır ki, Azərbaycanın gündən-günə inkişaf etməsi, dünya dövlətləri arasında nüfuzunun artması istiqamətində görülən işlərin miqyası çox böyükdür və bu işlər xalqımız, o cümlədən lənkəranlılar tərəfindən minnətdarlıqla qarşılanır. O yazır:

"Hörmətli cənab Prezident, dünyada yayılmış koronavirus pandemiyası ölkəmizdən də yan keçmədi. Sizin ölkəmizdə epidemiyanın geniş yayılmasının qarşısının alınması ilə bağlı verdiyiniz tapşırıqlar layiqincə yerinə yetirilir, vətəndaşlara diqqət və qayğı göstərilir. Bir vətəndaş olaraq əminəm ki, Sizin müdrik rəhbərliyinizlə biz tezliklə bu bəladan xilas olacağıq. Biz həmişə Sizinləyik.

Əziz Prezidentimiz, ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə bir gənc olaraq Sizə təşəkkür edirəm".

Milli.Az


Etiketlər:  Əziz Prezidentimiz ölkə vətəndaşlarının sağlamlığının qorunması istiqamətində gördüyünüz işlərə görə gənc olaraq Sizə təşəkkür edirəm Lənkəran sakini Nurlan İbadov


RƏYLƏR