Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 00:03
Bakı. Trend:
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nizami rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1937-ci il təvəllüdlü Əhmədova Bahar Rəcəbalı qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.