Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Daha 1909 sürücü karantini pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib

Daha 1909 sürücü karantini pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib

Tarix: 11 Aprel 2020 10:36

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) xüsusi karantin rejiminin pozulması halları ilə bağlı məlumat yayıb.

BDYPİ-dən Sonxeber.net-a verilən məlumata görə, 10.04.2020-ci il saat 00:00-dan 11.04.2020-ci il 00:00-dək olan müddət ərzində respublikanın avtomobil yollarında nəqliyyat vasitələri ilə hərəkətdə olan 1 909 nəfər karantin rejimini pozduğu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilib.

Ümumilikdə 01.04.2020-ci il tarixindən bu günədək respublikanın, o cümlədən paytaxtın avtomobil yollarında xüsusi karantin rejiminin pozulmasına görə 13 227 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edilib


Etiketlər:  Daha 1909 sürücü karantini pozduğu üçün inzibati məsuliyyətə cəlb edilib


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ