Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 15:34
“Napoli”nin baş məşqçisi Cennaro Qattuzo bir aylıq maaşından imtina edib.
Qol.az “Football İtalia”ya istinadən yazır ki, o, koronavirus pandemiyasına görə tətilə göndərilən klub əməkdaşlarına yardım məqsədi ilə bu addımı atıb. Məlumata görə, klubun idman direktoru Kristian Cuntoli də bənzər hərəkət edib.
Qeyd edək ki, “Napoli” 30 əməkdaşını öz hesabına məzuniyyətə göndərib.