Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 11 Aprel 2020 16:10
Azərbaycanın işğal altındakı Qarabağ torpaqlarında koronavirusla bağlı epidemioloji vəziyyət gərgin olaraq qalır.
Sonxeber.net modern.az-a istinadən xəbər verir ki, ötən gün virusa yoluxanların sayı 5 nəfərə çatıb. Belə ki, onlardan biri koronavirusun regiondakı episentri olan Laçının rayonunu Mirik kəndindən olub. Digər yoluxan sakinin isə Kəlbəcərdə yaşayan 69 yaşlı şəxs olması təsbit olunub. İkitərəfli pnevmoniyadan əziyyət çəkən pasientin ağır durumda olduğu xəbər verilir.
Onun yoluxa simptomlarını nümayiş etdirməzdən öncə, kənar şəxslərlə və ailə üzvləri ilə sıx təmas olması və buna görə virusu daha geniş ərazilərə yaya bilməsi ehtimal olunur.
Xatırladaq ki, koronavirus Laçının Mirik, Bozlu və Hüsülü kəndlərinin karantinə bağlanmasına səbəb olub. Virusun Kəlbəcərdə də aşkar olunması Dağlıq Qarabağda yeni xəstəlik ocaqlarının yaranmasından xəbər verir.
Buna baxmayaraq, qondarma rejim aprelin 14-də "president seçkiləri"nin ikinci turu keçirməkdə qərarlıdır.