Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 08:36
"Bavariya" "Mançester Siti"nin futbolçusu Leroy Sanenin transferi üçün 50 milyon avro ödəməyə hazırdır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, "Bavariya"nın İdarə Heyətinin sədri Karl-Haynts Rummenigenin qardaşı Mixael Rummenige açıqlamasında 24 yaşlı oyunçunun transferinin yaxın zamanda baş tuta bilərcəyini deyib. Transfer məbləğinin 2019-cu il avqustun 4-də İngiltərənin superkuboku üzrə matçında L.Sanenin aldığı zədədən əvvəl 100-150 milyon avro arasında dəyişsədə hazırda 50 milyon avro təşkil edəcəyi bildirilir.
Leroy Sane "Mançester Siti"ə 2016-cı ildə alman "Shalke" klubundan transfer edilib. İngilis klubunda futbolçu 134 oyun keçirib, 39 qol vurub və 45 ötürmə edib.