Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Atəşgah” Sığorta Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya elan edir

“Atəşgah” Sığorta Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya elan edir

Tarix: 31 May 2019 16:03

Bakı. Trend:

Mayın 30-da “Atəşgah” Sığorta 2019-cu ildə şirkət tərəfindən təsdiq edilmiş “Loyallıq Sistemi” çərçivəsində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə korporativ müştərilər üçün yeni aksiya elan edir.

Trend-in məlumatına görə, “Sphera Healtcare AZ” şirkəti ilə birlikdə hazırlanan aksiya gərgin iş rejimində çalışan və öz körpələrini tez-tez həkim müayinəsindən keçirə bilməyən korporativ müştərilərin rahatlığını təmin etmək üçün nəzərdə tutulub.

Aksiya çərçivəsində 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi günündə “Atəşgah” SŞ. korporativ müştəriləri 08:00-dan 18:00-dək peşəkar həkim-pediatrlardan telefon vasitəsilə ödənişsiz məsləhət ala bilərlər. Şirkətin korporativ müştəriləri aşağıdakı mövzular üzrə ödənişsiz konsultasiyadan yararlana bilərlər:

Yenidoğulmuş körpələrə düzgün qayğı yolları,

Uşaq xəstəliklərinin profilaktik müalicəsi,

Uşaqlara vaxtı-vaxtında peyvəndlərin edilməsi,

Yolxucu xəstəliklərdən qorunma metodları,

Ümumi müqavimətinin gücləndirilməsi üsulları,

Patalogiyaların vaxtında aşkar olunması,

Laborator və instrumental müayinələrin təhlili və ətraflı izahı.

Yüksək etibarlılıq imicinə sahib olan “Atəşgah” SŞ 1996-ci ildə yaranıb. Şirkət 2014-cü ildən İcbari Sığorta Bürosunun üzvüdür.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  Atəşgah Sığorta Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş aksiya elan edir


RƏYLƏR