Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 12 Aprel 2020 19:30
Dünyanı təsiri altına alan koronavirus pandemiyası haqqında finlandiyalı alimlər araşdırma edib.
Sonxeber.net sfera.az-a istinadən xəbər verir ki, Aalto Universitetinin alimləri asqırma və öskürəkdən sonra havaya səpələnmiş mikro damcıların qapalı vəziyyətdə havada neçə dəqiqə qalmasını vizual simulyasiyası ilə təhlükənin dərəcəsini nümayiş etdirib.
Həmin görüntülərdə virusun necə ötrüldüyü göstərilib.
Koronavirus xəstəsinin supermarketdə asqırdıqdan sonra mikro damcıların 3 kv metr məsafəyə yayıldığı, bir neçə dəqiqə havada dayandığı müşahidə edilib.
Professor Ville Vuorinen qapalı məkanlarda mümkan qədər çox qısa müddət qalmağı, günlərini evdə keçirməyi tövsiyyə edib.