Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 13 Aprel 2020 15:32
"Barselona"nın yarımmüdafiəçisi İvan Rakitiç klubdan mümkün gedişinə münasibət bildirib.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, o, İspaniya mətbuatına müsahibəsində Lautaro Martines ("İnter") və ya Neymarla (PSJ) dəyişdiriləcəyi barədə xəbərlərə münasibətini açıqlayarkən deyib:
"Mən kartof deyiləm. Gələcəyimlə bağlı qərarı özüm verəcəyəm. Mənə ehtiyac duyulduğu, sevildiyim və hörmət edildiyim yerdə olmaq istəyirəm. Əgər burdayamsa deməli, hər şey əladır, yox deyiləmsə, o zaman harada oynayacağıma müstəqil qərar verəcəyəm".
Xatırladaq ki, Rakitiçin "Barselona" ilə müqaviləsi 2021-ci ilin iyununda başa çatır.