Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 06:08
Bakı. Trend:
Çində yeni növ koronavirusa daha 89 nəfər yoluxub.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Çinin gigiyena və səhiyyə üzrə Dövlət Komitəsindən bildiriblər.
Bildirilir ki, yeni yoluxma hallarından 86-sı xarici ölkələrdən qayıdan yerli vətəndaşlarda aşkarlanıb. Ötən sutka ərzində ölüm halı qeydə alınıb.
Qeyd edək ki, Çində yeni növ koronavirsa ümumilikdə 82 249 yoluxma halı, 3 341 ölüm halı qeydə alınıb, 77 738 insan sağalıb.