Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 07:52
Bakı. Trend:
Kuril adaları yaxınlığında 5,3 bal gücündə zəlzələ baş verib.
Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Russiya Elmlər Akademiyasının Vahid geofizika xidmətinin Saxalin filialından xəbər verilib.
Yeraltı təkanlar yerli vaxtla 13:46-da (06:46 GMT+4) baş verib. Episentri Kurilskdən 167 kilometr cənubda İturup adasında, ocağı isə 68 kilometr dərinlikdə yerləşib.
Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.