Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Barselona” sabiq vitse-prezidenti məhkəməyə verir

“Barselona” sabiq vitse-prezidenti məhkəməyə verir

Tarix: 14 Aprel 2020 09:58

İspaniyanın "Barselona" klubu sabiq vitse-prezidenti Emili Rusonu məhkəməyə verəcək.

Sonxeber.net matc.az-a istinadən xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
 
Bir neçə gün öncə bəzi klub rəsmiləri ilə birgə istefasını açıqlayan Ruso yerli mətbuata açıqlamasında "Barselona"da maliyyə yeyintisi olduğunu açıqlamışdı. O, klub rəhbərliyində kiminsə xəzinədən külli miqdarda pulu mənimsədiyini bəyan etmişdi.
 
Həmin açıqlamadan dərhal sonra "Barselona" rəsmi saytı vasitəsilə bəyanat yayaraq bu məlumatları təkzib etmişdi. Klub rəhbərliyinin yeni qərarına görə isə Ruso bu yalan ittihamlarına görə məhkəmə qarşısında cavab verməli olacaq.


Etiketlər:  Barselona sabiq vitse prezidenti məhkəməyə verir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ