Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 13:44
Bakı. Elnur Bağışov - Trend:
İranda 19 fevraldan bu günədək (14 aprel) 74 877 nəfər koronavirusa (COVID19) yoluxub.
Trend-in məlumatına görə, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Onun sözlərinə görə, ötən sutka ərzində İranda daha 1 574 nəfər bu virusa yoluxub.
Cahanpur 3 691 nəfərin vəziyyətinin ağır olduğunu deyib.
Ölənlərin sayına gəldikdə, nazirlik rəsmisi bildirib ki, ötən sutka ərzində 98 nəfər koronavirusdan ölüb. Beləliklə, indiyədək 4 683 nəfər bu virusdan ölüb: "İndiyədək İranda koronavirusdan sağalanların sayı artaraq 48 129 nəfərə çatıb. Koronavirusun diaqnozu ilə əlaqədar 287 mindən çox test aparılıb".
Nazirlik rəsmisi İranda koronavirusa yoluxma və ölüm hallarının azalmaqda olduğunu deyib.