Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 14 Aprel 2020 14:50
"Arsenal"ın futbolçuları maaşların azaldılması ilə bağlı rəhbərliyin təklifini rədd edib.
Qol.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, belə ki, London klubu oyunçularına 1 illik maaşının 12.5 faizindən imtina etməyi təklif edib. Ancaq futbolçular bunu qəbul etməyib. Bildirilib ki, oyunçular klubun hazırkı vəziyyətdən istifadə edərək xərclərini azaltmaq istədiyini düşünür. Məhz bu amilin imtinanın səbəbi olduğu bildirilir.
Xəbərdə eyni zamanda futbolçuların rəhbərliyə başqa təklif irəli sürdüyü qeyd olunub. Oyunçuların böhran səbəbindən maaşlarını bir müddət gözləyə biləcəkləri vurğulanıb.
Britaniya mətbuatı isə yazıb ki, "Arsenal" növbəti mövsüm üçün Çempionlar Liqasına vəsiqə qazana bilməsə, klub böyük maliyyə problemi ilə üzləşəcək.