Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

AXCP üzvünün qanunsuz həbsi barədə səslənən iddialar tamamilə əsassızdır - DİN

AXCP üzvünün qanunsuz həbsi barədə səslənən iddialar tamamilə əsassızdır - DİN

Tarix: 14 Aprel 2020 18:38

AXCP funksionerləri partiyanın üzvü Baba Süleymanovun qanunsuz həbs edilməsi ilə bağlı sosial şəbəkələr vasitəsi ilə xəbərlər yayırlar.

Bununla əlaqədar Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az-a bildirilib ki, burada qanunsuz həbs barədə səslənən iddialar tamamilə əsassızdır və qərəzdən irəli gələn bir dezinformasiyadır. Bakı şəhər sakini Süleymanov Baba tətbiq edilmiş xüsusi karantin rejimini pozduğu üçün saxlanılıb, barəsində toplanmış materiallarla birlikdə məhkəməyə təqdim olunub və məhkəmənin hökmü ilə inzibati qaydada həbs olunub.

Yeri gəlmişkən qeyd edək ki, xüsusi karantin rejimini pozduqlarına görə təkcə mart ayı ərzində 160 nəfərdən çox şəxs inzibati qaydada həbs edilib. AXCP üzvünün qanunsuz həbs edilməsi iddiasına gəldikdə isə qeyd olunmalıdır ki, əqidəsindən, siyasi partiyalara, ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq cinayət, yaxud inzibati xəta törətmiş istənilən şəxs qanun qarşısında bərabədir və yol verdiyi hüquqazidd əmələ görə də cavabdehlik daşıyır.

Milli.Az


Etiketlər:  AXCP üzvünün qanunsuz həbsi barədə səslənən iddialar tamamilə əsassızdır DİN


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ