Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb

COVID-19 virusunun yeni dermatoloji əlaməti aşkarlanıb

Tarix: 15 Aprel 2020 02:30

Öskürək, qızdırma, dad və ya qoxu itkisindən sonra COVID-19 virusunun əlamətlərinin diapazonu daha da genişlənib. Fransada dermatoloqlar son günlərdə səhiyyə sahəsində yuxarı instansiyaları dəri lezyonlarının yaranması fəsadları ilə bağlı xəbərdarlıq ediblər. Bununla bağlı qəti nəticələr çıxarmaq üçün hələ tez olsa da, dermatoloqlar həmkarlarının ayıq və diqqətli olmasını istəyiblər.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, artıq ölkədə COVID-19 virusuna yoluxan xəstələrə əl və ayaq barmaqlarında qaşıntı, yaralar, qızartılar olması ilə bağlı suallar verirlər. Dermatoloji əlamət əsasən barmaqlarda təzahür olunur.

Həkimlər bildiriblər ki, günbəgün virusun necə inkişaf etdiyini aşkarlayırlar.

Fransa Dermatoloqlar Cəmiyyətinin prezidenti bildirib ki, dermatoloji əlamətlər çox saylı xəstələrdə, xüsusilə də gənc xəstələrdə aşkarlanıb. Qeyd edib ki, bu əlamətin virusun gecikmiş əlamətidir, ancaq bu əlamət elmi şəkildə təsdiq edilməlidir.

Dermatoloqlar həmkarlarının ehtiyatlı olması məqsədilə bu haqda xəbərdarlıq ediblər və bu əlamət haqqında COVID-19 virusuna qarşı kütləvi seroloji testlər zamanı daha ətraflı məlumat veriləcək.


Etiketlər:  COVID virusunun yeni dermatoloji əlaməti aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ