Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Iyun 2019 01:00
Bu gün Çempionlar Liqasında 2018-2019-cu il mövsümünün qalibi müəyyənləşib.
Qol.az xəbər verir ki, həlledici matçda İngiltərənin "Tottenhem" və "Liverpul" klubları üz-üzə gəliblər. İspaniyanın paytaxtı Madriddəki "Vanda Metropolitano" stadionunda keçirilən görüşdə Yurgen Kloppun komandası 2:0 hesabı ilə qalib gəlib.
Bununla da, "Liverpul" tarixində 6-cı dəfə Çempionlar Liqasının qalibi olub.
1 iyun
Çempionlar Liqası, final
23:00. "Tottenhem” (İngiltərə) – "Liverpul” (İngiltərə) - 0:2
Qollar: M. Salah, 2-penalti, Oriqi, 87
Hakimlər: Damir Skomina, Yure Praprotnik, Robert Vukan və Mateo Laos
Madrid. "Vanda Metropolitano" stadionu.