Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 15 Aprel 2020 10:56
Bakı. Trend:
Danimarka koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən məhdudiyyət rejimindən sonra məktəb və uşaq bağçalarını açan ilk Avropa ölkəsi olub.
Trend-in məlumatına görə, bu gündən etibarən körpələr evi, uşaq bağçaları və orta məktəblər açılır.
Bununla belə, bütün tədris müəssisələri açılmağa hazır olmadığını bildirib. Paytaxt Kopenhagendə tədris müəssisələrinin 35 faizi işə düşüb. Məktəblərdə 5-ci sinifədək dərslər bərpa edilib.
Bütün tədris müəssisələrinin isə aprelin 20-də açılacağı gözlənilir.
Qeyd edək ki, bu günədək Danimarkada 6 511 nəfər koronavirusa yoluxub, 1 033 nəfər ölüb.