Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"Koronavirusa yoluxmaq istərdim" - Frank De Bur

Tarix: 15 Aprel 2020 11:02

ABŞ-ın "Atlanta Yunayted" klubunun baş məşqçisi Frank De Bur koronavirus pandemiyası ilə bağlı maraqlı  açıqlama verib.

Qol.az xəbər verir ki, 50 yaşlı hollandiyalı mütəxəssis testdən keçdiyini və nəticəsinin mənfi olduğunu, ancaq buna o qədər də sevinmədiyini deyib:

"Koronavirus testim mənfi çıxdı. Amma mən müsbət olmasını istərdim. Belə olsaydı, artıq müalicə olunmuş və immunitetimi artırmış olardım".

Qeyd edək ki, ABŞ hazırda koronavirusdan ölənlərin sayına görə birincidir. Pandemiya 26 min insanın həyatına son qoyub.

 


Etiketlər:  Koronavirusa yoluxmaq istərdim Frank De Bur


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ