Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

İranda epidemiyadan ölənlərin sayı azalır

İranda epidemiyadan ölənlərin sayı azalır

Tarix: 15 Aprel 2020 13:56

Bakı. Elnur Bağışov - Trend:

İranda ötən sutka ərzində koronavirus (COVID19) nəticəsində 94 nəfər ölüb.

Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin mətbuat xidmətinin rəhbəri Kiyanuş Cahanpur deyib. Bu barədə Trend nazirliyə istinadən məlumat verib.

Onun sözlərinə görə, ötən sutka ərzində ölənlərin sayı İranda bu virusdan ölənlərin sayının azalmaqda olduğunu bir daha təsdiqləyir.

Cahanpur əlavə edib ki, ümumilikdə bu günədək İranda koronavirusdan 4 777 nəfər ölüb.

Nazirlik ötən 24 saat ərzində daha 1 512 nəfərin virusa yoluxduğu, virusa yoluxanların sayının 76 389 nəfərə çatdığını deyib.

“Onlardan 3 643 nəfərin vəziyyəti ağır qiymətləndirilir”, - deyə o qeyd edib.

Cahanpur deyib ki, indiyədək İranda koronavirusdan sağalanların sayı artaraq 49 933 nəfərə çatıb, koronavirusun diaqnozu ilə əlaqədar isə 299 mindən çox test aparılıb.


Etiketlər:  İranda epidemiyadan ölənlərin sayı azalır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ