Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 10:36
Avstriya və Çexiyada futbol digər bütün Avropa ölkələrindən daha tez bərpa oluna bilər.
Qol.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb. Hazırda bu ölkələrdə koronavirus pandemiyası ilə bağlı epidemioloji vəziyyət azalmağa doğru gedir.
Artıq gələn həftədən komandalar məşqləri bərpa edəcəklər.
İlkin ehtimala görə, Avstriya və Çexiyada mövsüm mayın sonu, iyunun əvvəli bərpa olunacaq. Lakin oyunların daha tez davam etdiriləcəyi də istisna deyil.