Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Fəxrəddin Altun: Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrin qarşılığını alır

Fəxrəddin Altun: Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrin qarşılığını alır

Tarix: 16 Aprel 2020 16:36

Bakı. Trend:

Daha əvvəl buna bənzəri olmayan təhdid səbəbi ilə dünya böyük bir təzyiqlə qarşılaşarkən Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrin qarşılığını alır.

Trend-in məlumatına görə, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun Türkiyənin Kovid-19 epidemiyasına qarşı mübarizəsini şərh edərkən deyib.

Altun Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın virusa qarşı mübarizə zamanı nümayiş etdirdiyi liderliyə diqqət çəkib: “Prezident Rəcəb Tayyib Ərdoğanın ilk gündən bəri nümayiş etdirdiyi qətiyyətli liderliyi sayəsində Türkiyə koronavirüs böhranını nümunəvi bir şəkildə idarə edir. Daha əvvəl buna bənzəri olmayan bu təhdid səbəbi ilə dünya böyük bir təzyiqlə qarşılaşarkən Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrinin qarşılığını alır. Hökumətimiz səhiyyə sistemini səfərbər edərək, tibb işçilərinə dəstək verərək, çox saylı testlər apararaq, müalicə və peyvənd mövzusunda bir çox elmi-tədqiqat işləri apararaq və koronavirusun müalicəsini tamamilə pulsuz etməklə vətəndaşlarını qorumağa davam edir”.

Prezident Rəcəb Tayyib Ərdoğanın eyni zamanda “iqtisadiyyata dəstək olmaq məqsədiylə 100 milyard lirəlik bir paket hazırlandığını” açıqlamasını xatırladan Altun Xəzinə və Maliyyə Nazirliyinin bir tərəfdən maliyyə bazarlarında sabitliyi təmin edərkən, digər tərəfdən kiçik və orta sahibkarlığa dəstək üçün lazımi bütün tədbirlərin görüldüyünü də bildirib.

Türkiyənin diplomatik təşəbbüslə dünyada yardım istəyən bütün ölkələrə dəstək olma mövzusunda da hər cür cəhd göstərdiyini ifadə edən Altun “Etdiyimiz humanitar yardımlarla dünyaya liderlik edirik və koronavirusa qarşı mübarizə müddətində də bu mövqeyimizi qorumağı davam etdiririk” - deyib.

Altun sosial məsafənin tam olaraq tətbiq olunması üçün həftə sonu qüvvəyə minən küçəyə çıxma qadağaları da daxil olmaqla bir çox tədbirlərin tətbiq edildiyini xatırladaraq, Türkiyədə xəstəliyə yoluxan insan sayında, reanimasiyadakı xəstə sayında və ölüm sayında azalmanın müşahidə olunduğuna diqqət çəkib.

Tədbiri əldən buraxıb yoluxma sayında ani bir şəkildə artımın meydana gəlməsinə imkan verməyəcəklərin vurğulayan Altun bunları qeyd edib: “Bu çətin zamanda Prezident Ərdoğan kimi bir liderə sahib olduğumuz üçün həqiqətən çox şanslıyıq. Hökumətimizin bu böhranı bu qədər möhkəm və uğurla idarə etməsinin arxasında Prezidentimizin qətiyyətli rəhbərliyi dayanır. Xalqımız da Prezidentimizin verdiyi mesajlar sayəsində hökumətimizin tapşırıqlarını yerinə yetirməyə davam edir. Prezident Ərdoğanın liderliyi sayəsində Türkiyə bu böhrandan digər ölkələrlə müqayisədə daha yaxşı bir şəkildə çıxacaq. Xalqımızın səxavəti və sağlam düşüncəsi sayəsində biz bu çətinliyin öhdəsindən gəlməklə yanaşı, eyni zamanda qlobal ictimai səhiyyə təcrübələrində də dünyaya liderlik etməyə davam edəcəyik”.


Etiketlər:  Fəxrəddin Altun Türkiyə illərdir səhiyyə sisteminə qoyduğu sərmayələrin qarşılığını alır


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ