Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Valverde və 12 futbolçu "Barselona"dan gedir

Valverde və 12 futbolçu

Tarix: 1 Iyun 2019 16:56

"Barselona" heyətlə bağlı ciddi dəyişikliklərə hazırlaşır.

Qol.az-ın "goal.com"a istinadən yaydığı xəbərə görə, Kataloniya təmsilçisi başda baş məşqçi Ernesto Valverde olmaqla, 12 futbolçu ilə yollarını ayıracaq. Qapıçı Yasper Silessen, müdafiəçilər Samuel Umtiti, Ceyson Murilyo, Jan-Kler Todibo, Tomas Vermalen, yarımmüdafiəçilər Filipe Koutinyo, Denis Suarez, Rafinya, Andre Qomeş, İvan Rakitiç, hücumçular Kevin-Prins Boatenq və Malkomun ispan klubunu tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, geridə qalan mövsümdə La Liqanı qazanan "Barselona", Çempionlar Liqasında yarımfinalda, İspaniya Kral Kubokunda isə finalda uduzub.
 


Etiketlər:  Valverde 12 futbolçu Barselonadan gedir


RƏYLƏR