Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirusa görə pirat saytlara maraq artıb

Koronavirusa görə pirat saytlara maraq artıb

Tarix: 16 Aprel 2020 20:40

Hazırda pandemiyaya görə milyonlarla insan bütün gününü evdə keçirir. Bu isə öz növbəsində internet trafikində nəzərə çarpacaq dəyişiklik yaradır. Əhalinin bir hissəsi evdən işləsə də, digər hissəsi evdə qalır və xəbər, əyləncə axtarmaq üçün virtual məkanda vaxt keçirir. Buna görə, qlobal miqyasda internet trafiki xeyli artır.

Sonxeber.net ted.az-a istinadən bildirir ki, mart ayında onlayn servislərin qrafiki 10% artıb. Bunun nəticəsində ilk dəfə olaraq YouTube platforması Netflix-i geridə qoyub.

Bir neçə həftə öncə isə daha bir fakt ortaya çıxdı. Təhülkəsizlik üzrə bəzi mütəxəssislər karantin rejimi tətbiq olunan regionlarda əhalinin pirat saytlarına böyük maraq göstərdiyini bildirirlər. Fayl mübadiləsi və pirat tarifiki qlobal miqyasda sürətlə artır.

Yanvar ayının ortalarında Çində internet istifadəçilərinin pirat saytlarına giriş sayı təxminən 20% artıb. Əvvəllər bu kimi saytlarda gündəlik yükləmə 12 milyona çatırdısa, hazırda bu rəqəmə 33% artaraq 16 milyona çatıb.

Mütəxəssislərin fikrincə, karantin rejimi davam etdikcə, nəticə daha da artacaq.


Etiketlər:  Koronavirusa görə pirat saytlara maraq artıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ