Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 21:16
Buildbox FBX vasitəsi kod bilikləri tələb etmədən mobil oyun inkişaf etdirməyə imkan verir.
Gündən-günə populyarlığını artıran mobil oyun bazarı oyun ekosisteminin güclü hissələrindən birinə çevrilməyi bacardı. Hər gün onlarla yeni mobil oyunlar səhnəyə çıxır. Buildbox FBX adlı vasitə isə kod bilikləri tələb etmədən mobil oyun inkişaf etdirməyə imkan verir.
Xəyalınızdakı mobil oyununuzu sürüşdürmə üsulu ilə inkişaf etdirməyə yönəldən proqram təklif edən Buildbox, istifadəçilərinə Buildbox FBX proqramı ilə 2D və 3D mobil oyunlar inkişaf etdirməyə imkan verir. 2014-cü ildə San-Fransiskoda Trey Smith tərəfindən qurulan Buildbox proqramı ilə çox sürətli şəkildə oyun düzəldə bilərsiniz.
Buildbox FBX proqramı ilə, sıfırdan bir oyun yarada və ya verilmiş şablonlar vasitəsilə öz oyununuzu inkişaf etdirə bilərsiniz. Əlavə edək ki, şablonlardan başqa oyunlarda istifadə edilə bilən müxtəlif animasiyalar var.
Buildbox istifadəçilərinə pulsuz olaraq istifadə edilə bilən 3 fərqli paket variantı təklif edir. Pulsuz versiyaya əlavə olaraq, Pro və Plus paketləri təklif olunur. Buildbox'un Plus paketi ayda $9.99, Pro paketi ayda $59.99 təşkil edir.
Xatırladaq ki, Nite Fighter, Color Switch, Cessabit, Dere Evil, Cyber Drive, Bloom və Night Rider kimi oyunlar Buildbox ilə hazırlanmışdır. Buildbox FBX proqramını burada pulsuz sınaqdan keçirə bilərsiniz.