Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Aprel 2020 23:12
2030-cu ilədək avtonom mobil robot bazarından əldə olunan gəlir 220,6 milyard dollar olacaq. Bu rəqəm 2020-ci ildən 2030-cu ilədək bazarın orta illik 18.3% artması deməkdir.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, sözügedən sferada əldə olunan gəlir sürətlə artacaq. Avtonom mobil robot bazarının dinamik şəkildə artmasına səbəb fərdiləşmə və elektron kommersiyaya olan tələbatın artmasıdır.
Ötən il qlobal miqyasda avtonom mobil robot bazarından əldə olunan gəlir 29,3 milyard olub.
Qeyd edək ki, avtonom mobil robot dedikdə, operatorun nəzarəti olmadan hərəkət edən, sensor və naviqasiya ilə təchiz olunmuş robotlar nəzərdə tutulur.