Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO)

Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO)

Tarix: 17 Aprel 2020 15:42

Bakı. Trend:

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi xüsusi rejimli karantin müddətində gücləndirilmiş rejimdə səyyar xidmətlərini davam etdirir.

Nazirlikdən Trend-ə verilən məlumata görə, bu müddət ərzində Mərkəz tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə 184 nəfər əlilliyi olan şəxsə 333 reabilitasiya vasitəsi yaşadıqları ünvanlara aparılaraq təqdim edilib.

Əlilliyi olan şəxslər müraciətlərinə əsasən ehtiyac duyduqları əlil arabası, dördayaqlı dayaq vasitəsi, qoltuqaltı və dirsəkaltı ağac, əsa və s. reabilitasiya vasitələri ilə təmin olunub.

Bu da əlilliyi olan şəxslərə və pandemiyanın yayılmasının qarşısının alınması üçün elan olunmuş xüsusi karantin rejimi ilə əlaqədar aparılan “Evdəqal” çağırışına dəstək məqsədi daşıyır.

Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO) - Gallery Image Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO) - Gallery Image Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO) - Gallery Image Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO) - Gallery Image Əlilliyi olan şəxslərə 333 reabilitasiya vasitəsi evlərində verilib (FOTO) - Gallery Image


Etiketlər:  Əlilliyi olan şəxslərə reabilitasiya vasitəsi evlərində verilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ