Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Səhiyyə Nazirliyində COVID-19-la bağlı virtual konfrans keçirilib (FOTO)

Səhiyyə Nazirliyində COVID-19-la bağlı virtual konfrans keçirilib (FOTO)

Tarix: 17 Aprel 2020 15:54

Bakı. Samir Əli - Trend:

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in birgə təşkilatçılığı ilə 15-16 aprel 2020-ci il tarixdə "COVID-19. İnfeksion nəzarət və profilaktika. Müayinə və müalicə" mövzusunda virtual konfrans keçirilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə keçirilən konfransın təşkilində əsas məqsəd həkimlərin və digər tibb işçilərinin ehtiyacını nəzərə alaraq, COVID-19 xəstəliyinin profilaktikası, müayinə və müalicəsi üzrə ən son yeniliklərlə tibb işçilərini tanış etmək, bu sahədə ixtisaslaşmış beynəlxalq, o cümlədən yerli mütəxəssislərin bilik və bacarıqlarının paylaşılması idi.

Texniki olaraq İSİM-də təşkil edilən konfransa reanimatoloq, anestezioloq, terapevt, pediatr, ailə həkimi və digər ixtisaslı tibb işçiləri virtual olaraq internet vasitəsilə qoşulublar.

TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva, Bakı Sağlamlıq Mərkəzinin reanimasiya və intensiv terapiya şöbəsinin müdiri Yeganə Abbasova, Mərkəzi Gömrük Hospitalının anestezioloq-reanimatoloqu Təranə Göyüşova, İSİM-in şöbə müdiri Nabil Seyidov, Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasının Şüa diaqnostikası şöbəsinin müdiri Aydın Əliyev, İSİM-in şöbə müdiri Samir Mehdiyev və həkim-metodisti Könül İsmayılova konfransda çıxış ediblər.

Çıxışlarda COVID-19 xəstəliyinin epidemiologiyası, bu xəstəliyə infeksion nəzarət və tibb müəssisəsinin hazırlığı, tibb işçiləri arasında kontakt, hava və damcı yolu ilə yoluxmanın profilaktikası, fərdi qoruyucu vasitələr: geyinmə və soyunma, COVID-19 zamanı radioloji müayinənin əsasları, reanimasiya şöbəsində ağır və çox ağır COVID-19 xəstələrinin menecmenti: Türkiyə və ABŞ təcrübəsi, mexaniki ventilyasiya və oksigenasiya və digər aktual məsələlər diqqətə çatdırılıb. Səmərəli fikir mübadiləsi şəraitində keçən virtual konfransın iştirakçılarına online sertifikatlar təqdim edilib.

Səhiyyə Nazirliyində COVID-19-la bağlı virtual konfrans keçirilib (FOTO) - Gallery Image Səhiyyə Nazirliyində COVID-19-la bağlı virtual konfrans keçirilib (FOTO) - Gallery Image Səhiyyə Nazirliyində COVID-19-la bağlı virtual konfrans keçirilib (FOTO) - Gallery Image


Etiketlər:  Səhiyyə Nazirliyində COVID bağlı virtual konfrans keçirilib FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ