Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Unibank karantin müddətində çağırış xarakterli sosial çarx hazırlayıb (VİDEO)

Unibank karantin müddətində çağırış xarakterli sosial çarx hazırlayıb (VİDEO)

Tarix: 17 Aprel 2020 18:24

Bakı. Trend:

Bu da keçib gedəcək! Qat- qat ağır günlər, müharibələr, çörək imtahanı, sağ qalmaq uğrunda mübarizələrdən keçmişik. Bu günləri o günlərlə, o illərlə müqayisə etdinizmi heç?

Bu qısamüddətli imtahanda bizdən nə ac qalmaq tələb olunur, nə də ki hər an gülləyə tuş gələcəyimiz qorxusu yoxdur. Bu həyatımızın sadəcə aktiv mübarizə tələb etməyən bir imtahanıdır. Təbiətin sınağı deyək. Bizə sevdiklərimizin, təbiətimizin, azadlığımızın, həyatımızın, dünyamızın nə qədər dəyərli olduğunu xatırladan bir sınaq. Dünyamızı, ölkəmizi, doğmalarımızı qorumaq üçün bizdən hansısa qəhrəmanlıq tələb olunmur. Sadəcə səbr etməliyik! Vəzifəmiz də, öhdəliyimiz də budur!

Hər şey yaxşı olacaq! #BirlikdəGüclüyük


Etiketlər:  Unibank karantin müddətində çağırış xarakterli sosial çarx hazırlayıb VİDEO


RƏYLƏR