Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlandı

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlandı

Tarix: 20 Aprel 2020 18:21

Bakı. Trend:

Aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlandı. Proses sabah yekunlaşacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə bildirilib ki, nazirlik yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən aprel ayı üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişinə başlanıb.

Bu gün Bakının Səbail, Yasamal, Binəqədi, Nəsimi, Qaradağ rayonları, eləcə də Abşeron rayonu və respublikanın digər şəhər və rayonları üzrə müavinət, təqaüd və kompensasiyaların ödənişi həyata keçirildi. Sabah isə paytaxtın Nizami, Nərimanov, Xətai, Xəzər, Pirallahı, Sabunçu və Suraxanı rayonları üzrə həmin ödənişlər təmin ediləcək.
Yaşı 65-dən yuxarı olan və bu növlərdə ödəniş alan şəxslərin yaxınları, ailə üzvləri evdən çıxmaq üçün müvafiq icazə əsasında, habelə tənhalara xidmət edən sosial xidmətçilər həmin vəsaitləri istənilən bankın, həmçinin “Azərpoçt”un bankomatlarından və ya posterminallarından alaraq (hər hansı faiz tutulmadan) sahiblərinə çatdıra bilərlər.
Qrafikə əsasən aprelin 28-də isə ünvanlı dövlət sosial yardımlarının ödənişi nəzərdə tutulub.


Etiketlər:  Aprel ayı üzrə müavinət təqaüd kompensasiyaların ödənişinə başlandı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ