Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

"WTI" markalı neftin qiyməti tarixdə ilk dəfə mənfiyə düşüb

Tarix: 20 Aprel 2020 23:32

23:27

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti Nyu-Yorkun ticarət birjasında saat 22:24 üçün ilk dəfə mənfiyə düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 176,52 faiz ucuzlaşaraq -13,98 dollar səviyyəsinə çatıb.

----------

22:08

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında 0,01 dollara qədər düşüb.

Bu barədə Trend "TASS"a istinadən xəbər verir.

-----------

22:05

"WTI" markalı neftin may fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında saat 21:34 üçün 94,4 faiz ucuzlaşaraq tarixdə ilk dəfə 2 dollardan aşağı düşüb.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, saat 21:37 üçün "WTI" markalı neftin may fyuçerslərinin qiyməti 1,44 dollar səviyyəsində olub, bu isə ötən sessiyanın yekununda qeydə alınan qiymətdən 92,1 faiz daha ucuzdur.

"WTI" markalı neftin iyun fyuçerslərinin qiyməti isə 13,1 faiz ucuzlaşaraq 21,75 dollar/barel təşkil edib. "Brent" markalı neftin qiyməti isə 6,9 faiz ucuzlaşaraq 26,13 dollar/barel təşkil edib.

Milli.Az


Etiketlər:  WTI markalı neftin qiyməti tarixdə ilk dəfə mənfiyə düşüb


RƏYLƏR